• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1685
— 22.09.2023 12:08

Prezident Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktorunu qəbul edib

KepezTV Player

Azərbaycan Prezidenti İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysı qəbul edib. Dövlətimizin başçısı Dünya Bankının Azərbaycan iqtisadiyyatının modernləşdirilməsinə və şaxələndirilməsinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib. Ötən illər ərzində əməkdaşlığın yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev gələcək konkret istiqamətlərin və layihələrin müəyyənləşdirilməsinin önəmini vurğulayıb. Dövlətimizin başçısı ölkəmizin uzun illər xarici borcun azaldılması istiqamətində səylər göstərdiyini və artıq bu məqsədə nail olunduğunu qeyd edib.