• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1219
— 21.09.2023 15:41

Türkiyə MN: Azərbaycanın öz ərazi bütövlüyünü qorumaq üçün atdığı addımları dəstəkləyirik

KepezTV Player

Azərbaycanın öz suveren ərazisində zəruri hesab etdiyi tədbirlərin görülməsi, qanunsuz erməni silahlı qüvvələrinin uzun illərdir davam edən hücum və təxribatlarının qarşısının alınması məqsədilə Qarabağdakı lokal antiterror əməliyyatını, bundan sonra qəbul edilən atəşkəs qərarını və regionda baş verən son hadisələri diqqətlə izləyirik. Bu barədə Türkiyə Müdafiə Nazirliyindən bildirilib. Türkiyənin Azərbaycanın öz ərazi bütövlüyünü qorumaq üçün atdığı addımları və Ermənistan ilə daimi sülhün bərqərar olması istiqamətində göstərdiyi səmimi səylərini dəstəklədiyi vurğulanıb.