• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 838
— 21.09.2023 15:01

Azərbaycanın HDQ komandanının ABŞ səfəri davam edir

KepezTV Player

Amerika Birləşmiş Ştatlarının Nyuport şəhərində 90 ölkənin Hərbi Dəniz Qüvvələrinin komandanları ilə yanaşı, müxtəlif mühüm dəniz təşkilatlarının nümayəndələrinin də iştirakı ilə keçirilən 25-ci Beynəlxalq Dəniz Gücü Simpoziumu davam edir. Simpozium çərçivəsində Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanı vitse-admiral Sübhan Bəkirov Türkiyə Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Ercüment Tatlıoğlu və Amerika Birləşmiş Ştatlarının Hərbi Dəniz Qüvvələrinin komandanı admiralı Liza Franketti ilə görüşüb. Görüşlərdə Azərbaycan-Türkiyə və Azərbaycan-ABŞ arasında hərbi, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.