• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1401
— 21.09.2023 15:33

"Qeybdən gələn işıq” kitabı ictimaiyyətə təqdim olunub

KepezTV Player

Gəncə şəhər Mərkəzi Kitabxasında şair-publisist, dramaturq Ofelya Mədətovanın “Qeybdən gələn işıq” kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə Gəncə şəhər ictimaiyyəti, mədəniyyət işçiləri, yazarlar və oxucular iştirak ediblər. Nəşrdə dramaturqun yaradıcı şəxslər haqqında olan fikirləri və özünə məxsus olan şeirləri yer alıb. Çıxış edənlər yazıçının məşhur əsərlərindən bəhs edib, çox sevilərək tamaşaya qoyulan “Sevgi ölmür” pyesinin uğurlarından danışıblar. Sonda dramaturqla bağlı olan videoçarx təqdim olunub.

Aişə Rzayeva