KepezTV Player
İslam Əməkdaşlıq Təşkilatı Baş Katibliyi Azərbaycanın ərazi bütövlüyünü dəstəyini bir daha ifadə edib. Baş Katiblik Azərbaycanın Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən həyata keçirilən irimiqyaslı hərbi təxribatları və terror aktlarını pisləyib və Qarabağda erməni kəşfiyyat-diversiya qrupları tərəfindən basdırılan minaların partlaması nəticəsində mülki şəxslərin ölümünə səbəb olan terror aktlarını şiddətlə qınayıb”. Baş Katiblikdən bildirilib ki, Azərbaycan və Ermənistan arasında hərtərəfli danışıqlar prosesinin davam etdirilməsi regionda sülhün, təhlükəsizliyin, firavanlığın və daimi sabitliyin bərqərar olmasının yeganə yoludur.
- Baxış: 173