• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1291
— 20.09.2023 15:53

Ermənistan silahlı qüvvələrinin birləşmələrinin 90-dan artıq döyüş mövqeyi nəzarətə götürülüb

KepezTV Player

Ermənistan silahlı qüvvələri birləşmələrinin tərtibləndiyi 90-dan artıq döyüş mövqeyi, eləcə də bir neçə strateji əhəmiyyətli yüksəklik Silahlı Qüvvələrimizin nəzarətinə keçirilib. Eyni zamanda qarşı tərəfə məxsus 7 ədəd hərbi nəqliyyat vasitəsi, 4 ədəd minaatan, 1 ədəd tank, 2 ədəd piyadanın döyüş maşını və xeyli sayda silah-sursat Silahlı Qüvvələrimizin bölmələri tərəfindən qənimət olaraq ələ keçirilib. Bu barədə Müdafiə Nazirliyi tərəfindən media nümayəndələri üçün keçirilən növbəti brifinqdə Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov bildirib. Qeyd edib ki, lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub.