• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1406
— 20.09.2023 12:46

Şəhid polislər dəfn ediliblər

KepezTV Player

   Ötən gün erməni terrorçularının basdırdığı mina partlayışı səbəbindən həyatını itirən polis serjantı Xəzər Zamanov Azər oğlunun nəşi Bakının Günəşli yaşayış massivindəki Sədərək qəbiristanlığında dəfn olunub. Dəfn mərasimində şəhidin yaxınlarıyla yanaşı, rəsmilər, rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak edib.

   Ermənilərin Xocavənddə törətdiyi mina terroru nəticəsində şəhid olan Ramil Şirinov Sumqayıtda dəfn olunub. Şəhid polis Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb.

   Ermənilərin törətdiyi terror nəticəsində şəhid olan digər polis serjantı Seymur Mahmudov da dəfn edilib. Şəhid Binəqədi rayon qəbiristanlığında torpağa tapşırılıb. 

   Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində həlak olan polis Asim Camalzadə ilə vida mərasimi keçirilib. O, Sumqayıtda torpağa basdırılıb.