• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 968
— 20.09.2023 12:13

Sülhməramlıların mövqeyinin və mülki kolonun atəşə tutulması barədə yayılan məlumatlar yalandır

KepezTV Player

Anar Eyvazov onu da bildirib ki, Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən erməni əsilli sakinləri təxliyə edən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinə məxsus mövqenin və müşayiət etdiyi mülki kolonun atəşə tutulması barədə yayılan məlumatlar yalandır və dezinformasiya xarakteri daşıyır. "Belə əsassız iddialara cavab olaraq bildirirəm ki, sülhməramlı kontingent ilə davamlı şəkildə operativ qaydada təmasdayıq və onların öz vəzifələrini icra etmələri üçün tərəfimizdən zəruri şərait yaradılır" - deyə MN rəsmisi əlavə edib.

Ağdərə yaşayış məntəqəsinin atəşə tutulması barədə məlumatlar tamamilə yalandır
 Nazirliyin digər məlumatında Ermənistan mətbuatında guya Silahlı Qüvvələrimizin Ağdərə yaşayış məntəqəsini atəşə tutması barədə yayılan məlumatların heç bir real əsasının olmadığı, tamamilə yalan olduğu qeyd edilib. "Qarşı tərəfin yaydığı növbəti dezinformasiya xarakterli məlumatı qəti surətdə təkzib edirik", - nazirlikdən bildirilib.

 Xankəndi şəhərinə atəş açılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir

"Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən yenidən Xankəndi şəhərinə atəş açılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir və dezinformasiya məqsədi daşıyır. Bu barədə də Müdafiə Nazirliyindən məlumat verilib.
"Yayılan bu məlumatı qəti surətdə təkzib edirik. Bir daha bildiririk ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri yalnız legitim hərbi obyektləri və hərbi infrastrukturu yüksək dəqiqliyə malik silahlarla hədəfə alır və sıradan çıxarır", - məlumatda vurğulanır.