• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1827
— 20.09.2023 10:29

Azərbaycan və Türkiyə XİN rəhbərləri Qarabağdakı antiterror tədbirlərini müzakirə ediblər

KepezTV Player

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının açılışında iştirak məqsədilə Nyu-York şəhərinə işgüzar səfəri çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb. Nazir Ceyhun Bayramov həmkarını regiondakı son vəziyyət və Azərbaycan tərəfindən başladılan lokal anti-terror əməliyyatı barədə məlumatlandırıb və bu əməliyyatı şərtləndirən amilləri diqqətə çatdırıb. Silahlı qüvvələr tərəfindən həyata keçirilən lokal anti-terror əməliyyatının müstəsna olaraq legitim hərbi hədəflərə qarşı aparıldığı, Ermənistanın qanunsuz hərbi infrastrukturunu zərərsizləşdirmək məqsədi güddüyü qeyd edilib. Türkiyəli nazir hər zaman olduğu kimi Azərbaycanın suveren ərazilərində həyata keçirdiyi legitim addımları dəstəklədiklərini diqqətə çatdırıb.

  XİN başçısı Avropa Şurasının Baş katibini antiterror tədbirlərinin məqsədi barədə məlumatlandırıb 
Ceyhun Bayramov Avropa Şurasının Baş katibi Mariya Peyçinnoviç Buriç ilə görüş keçirib. Nazir Ermənistan və onun yaratdığı qondarma rejim tərəfindən həyata keçirilən hərbi-siyasi təxribatlar barədə qarşı tərəfə ətraflı məlumat verib. Bölgədə hal-hazırda həyata keçirilən antiterror tədbirinin əsas məqsədinin qanunsuz erməni silahlı qüvvələrinin tərksilah edilməsi və qanunsuz rejimin buraxılması olduğu diqqətə çatdırılıb. Azərbaycanın mülki əhalini və obyektləri hədəf almadığı, yalnız qeyri-qanuni erməni silahlı birləşmələrini hədəf aldığı vurğulanıb.

Ceyhun Bayramov Yuri Kimi Qarabağdakı lokal antiterror tədbirləri barədə məlumatlandırıb
Xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifələrini icra edən Yuri Kim ilə də görüşüb. Görüş zamanı regiondakı son vəziyyət əsas müzakirə mövzusu olub.  ABŞ daxil olmaqla, beynəlxalq tərəfdaşlar tərəfindən bu qüvvələrin çıxarılmasına çağırış edilməməsinin erməni tərəfinin son dövrlərdə təxribatları daha da artırmasına səbəb olduğu vurğulanıb.

XİN başçısı ATƏT-in sədrinə bölgədəki son vəziyyət barədə məlumat verib
Ceyhun Bayramov Şimali Makedoniyanın xarici işlər naziri və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının fəaliyyətdə olan sədri Buyar Osmani ilə görüşdə ölkəmizin cəlb olunmuş beynəlxalq tərəfdaşlar vasitəsilə həyata keçirdiyi bütün səylərinə baxmayaraq, Ermənistan tərəfinin və qondarma rejimin son təxribatlarının normallaşma prosesinə xələl gətirdiyi, gərginliyin azaldılmasına yönəlmiş bütün təkliflərin rədd edildiyi, bu ölkənin sülh prosesində maraqlı olmadığı diqqətə çatdırılıb.

Azərbaycan və İsveçrənin XİN başçıları son erməni təxribatlarını müzakirə ediblər
 

Ceyhun Bayramov İsveçrə Konfederasiyasının federal xarici işlər naziri İqnasio Kassis ilə də görüş keçirib. Görüş zamanı, nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşma prosesinin ciddi çağırışlarla üzləşdiyini qeyd edərək regionda baş verən son proseslər ilə bağlı qarşı tərəfi məlumatlandırıb.

Azərbaycanın XİN başçısı ATƏT-in Baş katibi ilə görüşüb

 Ceyhun Bayramov ATƏT-in Baş katibi Helqa Şmid ilə görüşdə qarşı tərəfə 
bölgədə mövcud vəziyyət barədə məlumat verib. Nazir Azərbaycan tərəfinin təşəbbüsü ilə başlayan və irəlilədilməsində böyük səy göstərilən sülh gündəliyinin Ermənistan tərəfindən törədilən hərbi-siyasi təxribatlar nəticəsində bugün ciddi təhlükə altında olduğunu diqqətə çatdırıb.