• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 771
— 20.09.2023 09:58

Türkiyə Prezidenti: Azərbaycanın atdığı addımları dəstəkləyirik

KepezTV Player

Cənubi Qafqazda sülhün təmin edilməsi yolunda qarşımızda tarixi fürsət durur. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 78-ci iclasında çıxışı zamanı deyib. 
Rəcəb Tayyib Ərdoğan- Türkiyə Prezidenti: "Azərbaycan və Ermənistan arasında görüşməni əvvəldən dəstəklədik. Ermənistan bu fürsəti yetəri qədər dəyərləndirə bilmədi. Ermənistanın verdiyi sözlərə riayət etməsini gözləyirik. Qarabağ Azərbaycan torpağıdır. Ermənistanın başda Zəngəzur dəhlizinin açılması olmaq üzrə verdiyi sözlərə riayət etməsini gözləyirik. Ermənilər daxil hər kəsin Azərbaycan torpaqlarında sülh içərisində birlikdə yaşaması prioritet hədəfimiz olmalıdır. Bir millət iki dövlət şüarı ilə hərəkət etdiyimiz Azərbaycanın ərazi bütövlüyünün qorunması istiqamətində atılan addımları dəstəkləyirik", - deyə Rəcəb Tayyib Ərdoğan əlavə edib.