KepezTV Player
Özbəkistan, Qazaxıstan və Qırğız Respublikasının Baş prokurorları, Türkmənistan Baş prokurorunun müavininin rəhbərlik etdiyi nümayəndə heyətləri, eləcə də İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibin müavini Jandos Asanov və Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin nümayəndəsi İqor Malaşeviç Şuşa və Füzuliyə səfər ediblər. Səfər iştirakçıları Şuşa şəhərində tarixi-mədəni abidələri ziyarət edib, erməni vandalizminin ağır nəticələrini təəssüf hissi ilə müşahidə edib, mədəniyyət paytaxtımızda görülmüş bərpa-quruculuq işləri ilə yaxından tanış olublar. Səfər çərçivəsində, həmçinin Füzuliyə gedən qonaqlar orada aparılan yenidənqurma işləri ilə tanış olublar.
- Baxış: 342