• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1836
— 16.09.2023 19:56

Ceyhun Bayramov İordaniyanın ölkəmizdəki yeni səfiri ilə görüşüb

KepezTV Player

Xarici işlər naziri Ceyhun Bayramov İordaniyanın Azərbaycandakı yeni təyin edilmiş səfiri Ömər Al Naharı da qəbul edib. Siyasi əlaqələrin mövcud inkişafının ikitərəfli iqtisadi münasibətlərin daha da irəlilədilməsinə təkan verəcəyini bildirən nazir bu xüsusda, iqtisadiyyat, turizm, təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin və Hökumətlərarası Komissiyanın fəaliyyətinin, yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini xüsusilə vurğulayıb. Nazir Ermənistanın 44 günlük Vətən müharibəsindən sonra post-münaqişə dövründə Ermənistanın davam edən təxribatları, separatçılıq səyləri barədə də qarşı tərəfi ətraflı məlumatlandırıb.