• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2027
— 15.09.2023 19:53

Vilayət Eyvazov Ermənistanla oyunda Azərbaycan Bayrağına ehtirama görə Türkiyə polisini təltif etdi

KepezTV Player

UEFA 2024 Avropa Çempionatının Türkiyə-Ermənistan matçında stadiona gələn azarkeşlərin yoxlanışında Azərbaycan Bayrağına göstərdiyi ehtirama görə Türkiyə Daxili İşlər Nazirliyinin Düzcə Emniyət Müdirliyinin polis məmuru Ramazan Şahin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən təltif edilib. Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Azərbaycan-Türkiyə dövlətləri arasında qardaşlıq və dostluğun rəmzi olaraq Ramazan Şahinin “Beynəlxalq Əməkdaşlığa Görə” döş nişanı ilə təltif edilməsi haqqında əmr imzalayıb. DİN əməkdaşları Türkiyəyə gedərək təltif medalını və xatirə hədiyyələrini Şahinə təqdim ediblər.