• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 815
— 14.09.2023 13:10

Oğuzda 33 yaşlı kişi meşədə güllələnib, meyiti basdırılıb

KepezTV Player

Oğuz rayonunun Mollalı kəndindəki meşəlik ərazidə 1990-cı il təvəllüdlü Kərimov Toğrul Söhbət oğlunun meyitinin aşkarlanması barədə polisə məlumat daxil olub. İlkin araşdırma zamanı T.Kərimovu 3 gün əvvəl odlu silahla öldürüb, torpağa basdıran şəxsin 1992-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Məmmədov Pərvin Əlfəddin oğlu olduğu müəyyən edilib. O, könüllü şəkildə ərazi polis orqanına gələrək təslim olub. Faktla bağlı araşdırma aparılır.