• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1016
— 13.09.2023 12:01

Dövlət sərhədini pozmağa cəhd göstərənlər saxlanılıblar

KepezTV Player

Zaqatala sərhəd dəstəsinin Balakən rayonunun Poçtbinə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Sudan vətəndaşları 1998-ci il təvəllüdlü Hassan Abdelgadir Noreen və 1990-cı il təvəllüdlü Ahmed Mahmoud Mohamed Abdelrahman saxlanılıblar. Araşdırma zamanı saxlanılan şəxslərin sentyabrın 9-da ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrinə miqrasiya etmək niyyətində olmaları müəyyən edilib. 

“Xudat” sərhəd dəstəsinin Xaçmaz rayonunun Xanoba kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Rusiya istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Gəncə şəhər sakini 1963-cü il təvəllüdlü Babayev Ramiz Ələddin oğlu da saxlanılıb. Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.