Vətən müharibəsindən sonra Rusiya Prezidenti bir daha Qarabağla bağlı ölkəsinin mövqeyini açıqlayıb. Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasındakı çıxışında Vladimir Putin bildirib ki, Ermənistan rəhbərliyi Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıbsa, artıq deyiləsi söz yoxdur.
Vladimir Putin- Rusiya Prezidenti: “Ermənistan rəhbərliyi bunu Praqa bəyanatında, kağız üzərində də qeyd edib. Biz bu barədə bilirik. İndi mənə Azərbaycan Prezidenti İlham Əliyev deyir ki, Ermənistan Qarabağın bizim olduğunu tanıyıb, Qarabağın statusu məsələsi daha gündəmdə deyil, o, həll olunub, Ermənistan rəhbərliyi bu barədə ictimai şəkildə bəyan edib, 1991-ci il Azərbaycan SSR-in sərhədləri daxilində bütün əraziləri və rəqəmi açıqlayıb, hansı ki, bura Qarabağın ərazisi də daxildir. Bu, baş verib və bu, bizim qərarımız deyil. Bu, bugünkü Ermənistan rəhbərliyinin qərarıdır. Əgər belədirsə, bizə deyirlər ki, əgər siz Qarabağla bağlı nə iləsə məşğul olmaq istəyirsinizsə, o zaman bizimlə ikitərəfli əsasda həll etməlisiniz. Onda biz nə deməliyik? Burada deməyə söz yoxdur. Əgər Ermənistan özü Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıyıbsa…"
- Baxış: 207