• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1813
— 05.09.2023 16:07

1-ci Qarabağ müharibəsində itkin düşən soydaşlarımızın ailə üzvləri Şuşaya səfər ediblər

KepezTV Player

1-ci Qarabağ müharibəsi zamanı itkin düşən soydaşlarımızın 46 nəfərlik ailə üzvü Şuşaya səfər edib. Onlar Şuşa həbsxanasının ərazisində tapılan kütləvi məzarlığı ziyarət ediblər. Kütləvi məzarlıq bu il avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində aşkarlanıb. Orada 17 şəxsə aid ehtimal edilən insan qalıqları tapılıb. Ümumilikdə isə indiyədək Ağdam rayonunun Sarıcalı, Şuşa rayonunun Daşaltı, Xocavənd rayonunun Edilli, Xocalı rayonunun Fərrux, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndlərində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində kütləvi məzarlıqlar aşkarlanıb.

Fərid Mehdiyev