Türkiyənin Zəfər Bayramı münasibətilə Bakıda Türk şəhidliyi ziyarət edilib. Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bildirib ki, Zəfər Bayramı olduqca əlamətdar hadisədir. Bu bayram Türkiyə tarixində Birinci Dünya müharibəsindən məğlub çıxan Osmanlı dövlətinin işğalçı ölkələr arasında bölüşdürülməsinin qarşısının alınması ilə tanınır. Türkiyə xalqı və Türkiyə Silahlı Qüvvələri qazi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə 101 il bundan əvvəl, 1922-ci il avqustun 30-da tarixi zəfər qazanaraq, bu tarixi yaddaşlara azadlıq günü kimi həkk edib. Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bu günün əhəmiyyətindən danışıb, 105 il bundan əvvəl azərbaycanlı qardaşları ilə çiyin-çiyinə, Azərbaycanın azadlığı uğrunda mübarizə aparan türk əsgərlərinin bir çoxunun Şəhidlər xiyabanında Azərbaycan şəhidləri ilə bir məkanı paylaşdıqlarını vurğulayıb.
- Baxış: 268