• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 825
— 30.08.2023 20:08

Heydər Əliyev Parkı ziyarət olunub

KepezTV Player

Türkiyənin Zəfər Bayramı münasibətilə keçirilən silsilə tədbirlərdə iştirak etmək məqsədilə qardaş ölkəyə işgüzar səfər edən Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Ankara şəhərində Heydər Əliyev Parkını ziyarət edib.

Zakir Həsənov növbəti buraxılış mərasimində iştirak etmək üçün Türkiyənin Quru Qoşunları Ali Hərbi Məktəbinə də gəlib. Türkiyə milli müdafiə naziri Yaşar Gülərin, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun və digər rəsmilərin də iştirak etdiyi tədbirdən öncə məktəbin “Şəhidlər qapısı”nda azərbaycanlı və türkiyəli şəhid məzunlarının adları əks olunan lövhələrin qarşısında xatirə fotosu çəkdirilib. Təntənəli mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edərək məzunları buraxılış münasibətilə təbrik edib.

Fərid Mehdiyev