• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1688
— 28.08.2023 15:57

Yük avtomobili alışıb, sürücü xəsarət alıb

KepezTV Player

Tovuz rayonunun Qovlar şəhərində "ZİL -131" markalı yük avtomobilinin mühərrik hissəsi və banına yığılan 3 ton ot bağlamasının 1 tonu yanıb. Hadisə zamanı avtomobilin sahibi, sürücü 63 yaşlı Nəsrəddin Səfərov müxtəlif yanıq xəsarətləri alaraq, Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin Tovuz rayon şöbəsinin canlı qüvvə və texnikaları əraziyə cəlb olunub. Alov söndürülüb. Avtomobilin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.