Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın rayonunun Zabux kəndində görülən işlərlə tanış olublar və burada kənd sakinləri ilə görüşüblər. Bildirilib ki, ümumi sahəsi 81 hektar olan Zabux kəndinə 245 ailənin köçürülməsi nəzərdə tutulur. İlkin mərhələdə kəndə 223 ailə köçürüləcək. Eyni zamanda, kənd sakinlərinin rahatlığı və məşğulluğu nəzərə alınaraq bir sıra infrastruktur binalarının da inşası həyata keçirilib. Dövlətimizin başçısı və birinci xanım kənd sakinləri ilə söhbət ediblər. "İndi də Ermənistanın bəzi xarici havadarları bunu görmək istəmirlər. Sanki bu işğal olmayıb, sanki bu vəhşilik, düşmənçilik olmayıb. Otuz il ağzına su alıb susanlar, yaxud da ki, erməni işğalına bəraət qazandıranlar, indi gəlib bizə qarşı iddia qaldırırlar, irad tuturlar, ittiham edirlər". Bu sözləri Prezident İlham Əliyev Zabux kənd sakinləri ilə görüşündə deyib.
- Baxış: 312