• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1467
— 25.08.2023 19:54

Kafedə dava olub, cinayət işi açılıb

Gədəbəy rayonu, Qalakənd kəndi ərazisində kafelərin birində bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq hərəkətləri ilə bağlı polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən həmin hərəkətləri törətməkdə şübhəli bilinən şəxslər müəyyən olunaraq polis şöbəsinə gətiriliblər. Hadisə şəxsi münasibətlər zəminində baş verib. Fakta görə Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin olunub. Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir.