• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1518
— 18.08.2023 11:55

Füzuliyə köç başlayıb

KepezTV Player

Füzuli şəhərinə ilk köç başlayıb. İlk olaraq 23 ailə olmaqla 90 nəfərin qayıdışı təşkil olunub. Bundan öncə avqustun 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə birinci mərhələdə köçürüləcək 144 ailə arasında püşkatma keçirib. Ailə tərkibinə uyğun olaraq, onlardan 51-i ikiotaqlı, 76-sı üçotaqlı, 17-si dördotaqlı mənzil ilə təmin olunub.

Fuad Hüseynov - QMKİDK-nin sədr müavini: "Ümumilikdə bu günədək Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında 400-ə yaxın keçmiş məcburi köçkün ailəsi – 2 000-ə yaxın insan daimi məskunlaşdırılıb. Bu ilin sonunadək ümumilikdə 2 000-ə yaxın keçmiş məcburi köçkün ailəsi, 10 000-ə yaxın insanın doğma el-obalarında məskunlaşdırılması nəzərdə tutulub. Biz əminik ki, bu proses qarşıdakı aylarda daha instensiv xarakter alacaq və Böyük Qayıdışa dair I Dövlət Proqramı vaxtında, yüksək səviyyədə icra olunacaq".