• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1067
— 15.08.2023 12:19

Ağır qəzada Gəncə sakini ölüb

KepezTV Player

Bakının Nərimanov rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza Heydər Əliyev prospektində qeydə alınıb. Nicat Şakirlinin idarə etdiyi "Porsche" markalı avtomobil hərəkətdə olan zaman Ramiz Aivazovun sükanı arxasında olduğu yük maşınına çırpılıb. Qəza nəticəsində minik avtomobili yararsız vəziyyətə düşüb. Nicat Şakirlinin sərnişini, Gəncə şəhər sakini, 1996-cı il təvəllüdlü Ruslan Məmmədov ölüb. Bu zaman ərazidə olan vətəndaş Fəxri Rüstəmov kömək etmək üçün hadisə yerinə yaxınlaşıb. O, sağ əlindən xəsarət alıb. Sürücü Nicat Şakirli və Fəxri Rüstəmov TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar. Şakirlinin sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib. Dərhal əraziyə Dövlət Yol Polisi əməkdaşları cəlb edilərək nəqliyyatın hərəkətini tənzimləməyə başlayıb. Bu zaman yoldan keçən avtomobillərdən biri DYP əməkdaşını vurub. Nəticədə polis əməkdaşı ayağından yüngül xəsarət alıb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. Nicat Şakirli sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan blogerdir.