• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1644
— 10.08.2023 15:58

İki “KOB dostu” fəaliyyətə başlayıb

KepezTV Player

Qazaxda sahibkarlıq fəaliyyətinin qurulmasına və inkişafına dəstək məqsədilə 2 KOB dostu fəaliyyətə başlayıb. KOB dostları “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsində və Qazax Gənclər Evində fəaliyyət göstərəcək. Bildirilib ki mikro, kiçik və orta sahibkarlar gömrük xidmətlərindən istifadə edən zaman “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsində fəaliyyət göstərən KOB dostuna müraciət etməklə idxal-ixrac əməliyyatları, gömrük rəsmiləşdirilməsi və prosedurları ilə bağlı informasiya, məsləhət, hüquqi yardım kimi xidmətlərdən istifadə edə biləcəklər.