KepezTV Player
Sumqayıt şəhərinin Corat qəsəbə sakini 1987-ci il təvəllüdlü Ağahüseyn İmanovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla 1989-cu il təvəllüdlü Əfsanə Məmmədovanın yaşadıqları evdə bıçaqla əri Ağahüseyn İmanova xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Fakta görə Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi başlanılıb. Əfsanə Məmmədova hadisədən sonra könüllü təslim olub. İbtidai istintaq davam etdirilir.
- Baxış: 410