• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1649
— 07.08.2023 12:07

Naxçıvanda ay yarım ərzində əməliyyatlar zamanı 35 nəfər saxlanılıb

KepezTV Player

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən son 45 gün ərzində respublikanın ayrı-ayrı şəhər, rayon və qəsəbələrində cinayətkarlığın qarşısının alınması və baş vermiş digər hüquqazidd əməllər törədən şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində təxirəsalınmaz əməliyyatlar davam etdirilib və əməliyyatlar nəticəsində ümumilikdə 35 nəfər saxlanılıb. Evlərdə qanunsuz olaraq odlu silah, külli miqdarda narkotik vasitə və psixotrop maddələr aşkar edilib. Oğurluq əməllərinin üstü açılıb, dələduzluq törədənlər yaxalanıblar.