• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1194
— 02.08.2023 15:33

I sinif üzrə boş qalan yerlərə prioritetsiz qəbula start verilib

KepezTV Player

Gəncə şəhəri üzrə təhsil sektorunun tabeliyində olan bir sıra ümumi təhsil müəssisələrinin 1 –ci siniflərinə prioritet tələbi tətbiq edilən boş qalan yerlərə prioritetsiz qəbula start verilib. Təhsil müəssisələrinin Azərbaycan bölməsi üzrə I siniflərinə valideyni qeydiyyat ünvanı üzrə həmin məktəb üçün müəyyən edilmiş ərazidə qeydiyyatda olan və qəbul elan olunan vaxtdan ən azı bir il əvvəl həmin ünvanda rəsmi müqavilə əsasında kirayə yaşayan, valideyni həmin ümumi təhsil müəssisəsində işləyən, bacı və ya qardaşları həmin ümumi təhsil müəssisəsində təhsil alan uşaqlar sözügedən prioritetlərə uyğun qəbul edilirdilər. Hazırda bu tələb aradan qaldırılıb. 

Elvira Şükürova- Gəncə Daşkəsən Regional Təhsil İdarəsinin məsləhətçisi: “Gəncə şəhəri üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən şagird sıxlığı olan bir sıra ümumi təhsil məktəblərində artıq bir neçə ildir ki, qəbul prioritet əsasında aparılır. Hal-hazırda avqustun 2-dən etibarən həmin məktəblərin boş qalan yerlərinə qəbul sərbəst şəkildə aparılır. Valideynlər müraciət edib, övladlarını qeydiyyatdan keçirə bilərlər. Prioritet tətbiq olunan məktəblər İsmət Qayıbov adına 1№-li tam orta məktəb, Mehti Mehtizadə adına 4№-li məktəb liseyi, İsrafil Məmmədov adına 27 №-li məktəb liseyi, Məhəmməd Hadi adına 10№-li məktəb, Mirzə Şəfi Vazeh adına 16№-li məktəb, 32№-li məktəb və Mir Cəlal Paşayev adına 39№-li tam orta məktəblərdə prioritetlər indiyə kimi tətbiq olunmuşdur”.

Azad Mustafayev