Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib, saxlamaqda şübhəli bilinən Tərtər rayon sakini Ruslan İbrahimov Goranboy rayonu Borsunlu kəndi ərazisində saxlanılıb. Polis şöbəsində şübhəli şəxsin üzərinə baxış keçirilən zaman əlindəki sellofan torbadan ümumi çəkisi 3 kq olan narkotik vasitə olan “marixuana” aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Azad Mustafayev
- Baxış: 410