• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1190
— 31.07.2023 12:34

Bağça müdiri vəzifəsinə sənəd qəbulu başlayıb

KepezTV Player
Azərbaycanın məktəbəqədər təhsil müəssisələrinin müdiri vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayıb. Müsabiqədə iştirak etmək istəyən namizədlər avqustun 7-si saat 11:00-dək miq.edu.az/direktorlar/ linkinə daxil olaraq qeydiyyatdan keçməlidirlər. Müsabiqədə məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər.