KepezTV Player
Azərbaycan-Monteneqro dövlətlərarası əlaqələrinin inkişaf dinamikası bizi sevindirir. Bu gün ölkələrimiz arasında münasibətlərin, bir sıra sahələrdə, xüsusilə də energetika və nəqliyyat sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanlar var. Bu fikirləri Prezident İlham Əliyev ölkəsinin milli bayramı münasibətilə Monteneqro Prezidenti Yakov Milatoviçə təbrik məktubunda ifadə edib. “İnanıram ki, ənənəvi dostluq əlaqələrimizi möhkəmləndirmək, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün birgə səylərimizi bundan sonra da davam etdirəcəyik”, - deyə məktubda vurğulanıb.
- Baxış: 278