KepezTV Player
Prezident İlham Əliyev Almaniyanın Xarici İşlər Nazirliyinin dövlət naziri Tobias Lindneri qəbul edib. Görüşdə ikitərəfli münasibətlərin inkişaf dinamikasının artdığı qeyd edilib. Söhbət zamanı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi və sülhün əldə edilməsi istiqamətində ölkəmiz tərəfindən göstərilən səylərdən danışılıb. Enerji sahəsində əməkdaşlıq və bu əməkdaşlığın gücləndirilməsi, həmçinin Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində imzalanmış Anlaşma Memorandumu ilə bağlı fikir mübadiləsi aparılıb.
- Baxış: 218