KepezTV Player
Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Olay şəhərin Atatürk prospekti ilə Səməd Vurğun küçəsinin kəsişməsində qeydə alınıb. Samux rayon sakini E.İlyasov idarə etdiyi "Mercedes" markalı avtomobil ilə yolu keçmək istəyən piyada, 1970-ci il təvəllüdlü Gəncə şəhər sakini Rahilə Hüseynovanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölüb. Rahilə Hüseynova Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı və İstehsalat Birliyinin işçisi olub. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 394