• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1630
— 07.07.2023 19:37

Tanınmış bioloq alimin yubileyi qeyd edilib

KepezTV Player

Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsində tanınmış bioloq alim Vaqif Novruzovun 80 illik yubileyi qeyd edilib. AMEA-nın müxbir üzvü olan professorun ölkəmizin coğrafiyasının bitki aləminin tədqiqində, o cümlədən florogenetika, fitosenologiya, geobotanika və digər sahələrdə böyük elmi xidmətləri olduğuna diqqət çəkilib. Ömrünün 60 ilini bitki örtüyünün ümumi problemlərinin öyrənilməsi və həllinə yönəldilmiş floristik-sistematik tədqiqatlara həsr edən alimin elmi axtarışlarının əsas istiqamətini Böyük və Kiçik Qafqaz, Naxçıvan MR-nın şibyə florası, həmçinin çoxsaylı elmi ekspedisiya materialları əsasında Qafqaz şibyələrində növəmələgəlmə prosesi təşkil edib. Vaqif Novruzov floranın genezisi, formalaşması yollarını elmi dəlillərlə dəqiqləşdirib və sanballı əsərlər yaradıb.

Aynur Bayramova- GDU-nun Botanika kafedrasının professoru: “Vaqif Novruzov Azərbaycan florasını respublikamızın müxtəlif ərazilərində tədqiq edərək, hər yerdə, o cümlədən Azərbaycanın şibyə florası, Kiçik Qafqazın şimal-şərq hissəsinin qaya töküntü bitkilərinin, Azərbaycan qərb bölgəsinin mühafizə olunan təbiət ərazilərinin, Kiçik Qafqazın intrazonal bitkiliyi, yarğan bitkiliyi, şibyələrin  Lixno-indokasiya xüsusiyyətlərini öyrənərək elmə yüksək səviyyədə tövsiyə və töhvə vermişdir”.  

Fərid Mehdiyev