• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1760
— 03.07.2023 20:00

Ötən il dağ rayonunda heyvandarlıq sahəsində artım qeydə alınıb

KepezTV Player

Gədəbəydə ötən il heyvandarlıq sahəsində artım qeydə alınıb. İstər iri və xırdabuynuzlu heyvanların baş sayında, istərsə də ət və süd istehsalında vəziyyət müsbət olub.
2022-ci ildə Gədəbəydə diri çəkidə 85 min tondan çox ət, 53 min tona yaxın süd, 7 tona yaxın yun və 10 min ədəddən çox yumurta istehsal olunub. Eyni zamanda Gədəbəydə iribuynuzlu mal-qara 50 min başdan çox və xırdabuynuzlu heyvanların baş sayı isə 290 mindən çox olub. Bu göstəricilər 2021-ci illə müqayisədə 5 faiz artımın olduğunu deməyə əsas verir. Həmçinin, ötən il 13500-dən çox arı ailəsi olan 850 nəfərdən artıq fermerə subsidiya verilib və 70 tona yaxın bal əldə olunub. Rayon üzrə 2022-ci ildə süni mayalanmadan 22 buzov alınıb ki, bu da elə də yaxşı göstərici deyil. Bu baxımdan Gədəbəydə cins malların baş sayını artırmaq, süni mayalanma yolu ilə alınan buvozlar sayəsində ət və süd istehsalını artırmaq üçün fermerlər daim maarifləndirilir.
Bundan başqa Gədəbəydə xəstəliklərə qarşı qabaqlayıcı tədbirlər də həyata keçirilir. Bu heyvandarlıq sahəsində nəticələrin daha da yaxşılaşmasına imkan verir. 
Kənd təsərrüfatı rayonu olan Gədəbəydə 2023-cü ilin ilk 6 ayı ərzində iribuynuzlu mal-qara 43 minə, xırdabuynuzlu heyvanların baş sayı isə 220 minə yaxın olub. Yanvar – iyun aylarında 35 baş maldan süni mayalandırma nəticəsində 13 buzov alınıb.