• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1687
— 25.06.2023 20:09

Qərbi Azərbaycan İcmasının ilk bölgə şöbəsi yaradılıb

KepezTV Player

Qərbi Azərbaycan İcmasının Naftalan şəhəri və Goranboy rayonu üzrə şöbəsi istifadəyə verilib. Binada vətəndaşların qəbulu və fəaliyyət üçün şərait yaradılıb. Şöbəyə Qərbi Azərbaycanla bağlı kitablar, jurnal və buklətlər təqdim edilib. Goranboydan sonra icmanın Sumqayıt şöbəsinin yaradılması planlaşdırılır. Qərbi azərbaycanlılarla baş tutan görüşdə son 200 ildə soydaşlarımızın dəfələrlə etnik təmizləmə, departasiya və soyqırımlara məruz qaldığı vurğulanıb. Təkcə XX əsrdə 4 dəfə Qərbi azərbaycanlılar ermənilər tərəfindən dədə-baba torpaqlarından qovublar. Vətən müharibəsi zamanı Azərbaycanın son 270 ildə ilk dəfə işğal altında olan torpaqlarını düşmənnən azad etdiyinə diqqət çəkilib. Bununla da qaçqın və məcburi köçkünlərin tarixi torpaqlarına qayıtmaq imkanları yaranıb. Qərbi Azərbaycan icmasının da qarşısında duran əsas məsələnin soydaşlarımızın öz ata baba yurdlarına sülh, təhlükəsiz şəraitdə qayıtması istiqamətində insanların təşkilatlanmasına nail olmaqdır.