• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1995
— 24.06.2023 20:34

Silahlı Qüvvələr Günü münasibətilə sərgi keçirilib

KepezTV Player

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 105-ci ildönümü ilə əlaqədar Gəncədə sərgi keçirilib. Sərgi Heydər Əliyev Park-Kompleksində təşkil edilib. Sərgidə Azərbaycan Silahlı Qüvvələrin arsenalına daxil olan zirehli maşınlar, iri hərbi texnika, həmçinin qumbara, minaatanlar, pilotsuz uçuş aparatları nümayiş etdirilib. Həmçinin hərbçilərin geyimləri, gündəlik qidalarını əks etdirən stendlər quraşdırılıb. Sərgidə şəhər rəhbərliyi, Quru Qoşunlarının komandanı Ənvər Əfəndiyev və şəhər sakinləri iştirak edib.

Silahlı Qüvvələrin yaranmasının 105-ci ildönümü ilə əlaqədar Heydər Əliyev Park-Kompleksində bayram konserti keçirilir. Konsertin sonunda atəşfəşanlıq olacaq.