• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 825
— 20.06.2023 20:28

4 minə yaxın tələbə imtahan sessiyasında iştirak edir

KepezTV Player

Gəncə Dövlət universitetində yaz imtahan sessiyası çərçivəsində “Açıq qapı” günü təşkil edilib. Müəllim-koordinatorların bölgüsünə qatılan valideynlər, ictimaiyyət nümayəndələri və kütləvi informasiya vasitələrinin nümayəndələri imtahanların keçirilmə prosesi ilə yaxından tanış olublar.

Gəncə Dövlət Universitetində keçirilən “Açıq qapı” günündə tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsinin şəffaf, obyektiv və mütəşəkkil qaydada təşkil edildiyi müşahidə edilib. Görüşdə savadlı kadr potensialının məhz müasir təhsil və keyfiyyətli tədrislə yaradıldığı, Gəncə Dövlət Universitetində də bu istiqamətdə mühüm addımlar atılaraq uğurlar əldə edildiyi bildirilib. Yazılı, test, şifahi və qabiliyyət tələb edən imtahanlarda suallar tədris olunan materiala uyğun olaraq tələbələrə əvvəlcədən təqdim olunub.

Universitetdə apellyasiya komissiyası, həmçinin operativ qərargah da yaradılıb ki, imtahan nəticələrindən narazı olan tələbələr müraciət edə bilərlər.

“Açıq qapı” günündə valideynlər imtahan zallarında olaraq prosesi izləyiblər və onları maraqlandıran suallar pedoqoji heyət tərəfindən cavablandırılıb. İyulun 5-dək davam edəcək imtahanda iştirak edə bilməyən tələbələr isə müvafiq sənəd təqdim etdiyi halda 6-18 iyul tarixlərində baş tutacaq təkrar prosesə qatıla bilərlər.

Aişə Rzayeva