Hər bir insanın həyatında qadağalar olur.Ya onu insan özü qoyur, ya da qoyulur. Belə fikir də mövcuddur ki, özümüz istəməsək, heç kəs həyatımıza təsir edə bilməz. Ancaq bu anlayış həyatımızda nə qədər əks olunur, bu gün bundan danışacağıq.
Uşaqdan böyüyədək, yaşından aslı olmayaraq, qoyulan bu qaydalar bəzən həyatımızı müsbət yönə, bəzən isə tam əks yönə aparır. Qadağalar həm ailəiçi münaqişə, həm də daha pis - arzuolunmaz hallara yol açır.
Müsahibimizin dediklərinə əsaslanaraq deyə bilərik ki, gənclər qadağaları çox sevmir. Ancaq buna baxmayaraq, adaptasiya olmağa çalışırlar. Psixoloqların söylədiklərinə görə, qaydalara uyğunlaşmağın əsas amillərindən biri də, insan tipləridir və bu da elmdə temperament tipləri adlanır. Bunlardan biri, sanqvinik tipdir ki, bu tipə aid insanlar zirək və diribaş olurlar. Ətrafda olan heç nə onların diqqətindən kənarda qalmır. Hər şeyə maraq göstərirlər və qadağa qətiyyən onlarlıq deyil.
Düşüncələrimiz necədirsə, həyatımız da elədir. Həyatın gedişatını dəyişdirmək istəyiriksə, düşüncələri dəyişdirməliyik.
- Baxış: 962