• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1147
— 14.06.2023 20:33

Dahi şairin adını daşıyan park sakinlərin istifadəsində

KepezTV Player

Xudat şəhərində Nizami Gəncəvinin adını daşıyan park yenidən qurulub. Park Milli Qurtuluş Günü ərəfəsində sakinlərin istifadəsinə verilib. 

Ümumi sahəsi 2 hektaradək olan parkda əsaslı şəkildə yenidənqurma və abadlıq işləri aparılıb. Dahi şair Nizami Gəncəvinin heykəli ucaldılıb, ətrafı milli memarlıq üslubunda abadlaşdırılıb. Şairin yaradıcılığını əks etdirən “Kitab abidəsi” yaradılıb. Yaşıllıqlar və gül kolları salınıb. İstirahət məkanında yeni oturacaqlar, fəvvarə və müasir işıqlandırma sistemi quraşdırılıb. Parkda elektron kitabxana, müxtəlif idman qurğuları və uşaqların mənalı istirahəti üçün atraksionlar da qoyulub.

Açılış mərasimində çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tədbir iştirakçılarını 15 iyun Milli Qurtuluş Günü münasibətilə təbrik edib. Rayonda park və xiyabanların yenidən qurulması, yaşıllıqların salınması istiqamətində görülən işlərdən danışıb. Xudat şəhərində Nizami Gəncəvinin adını daşıyan parkın əsaslı şəkildə təmir olunmasını mütəfəkkirə verilən qiymətin bariz nümunəsi kimi dəyərləndirib. Rayonun müasir görünüşünə və ekoloji vəziyyətinə müsbət təsir edən belə layihələrin gələcəkdə də davam etdiriləcəyi vurğulanıb.

Tədbirin bədii hissəsində Nizami Gəncəvinin şerləri səsləndirilib, kompozisiyalar nümayiş etdirilib. Musiqi kollektivləri xalq mahnıları və rəqs nümunələri ilə çıxış ediblər.