Son zəng. Bu söz özündə bir çox duyğunu, sevinci, hüznü birləşdirir. 11 il hər gün bir sinif otağında, eyni parta arxasında əyləşdiyin yoldaşlarınla ayrılmağın xəbərçisidir bu səs. Hər şeyin bir başlanğıcı olduğu kimi, sonu da var. Ona görə də bu gün mən 11-ci sinif məzunlardan əvvəl, ibtidai sinfi bitirən məzunlardan başlamaq istəyirəm. Görək onlar ibtidai sinifdən məzun olmağın həyəcanını necə yaşayırlar?
İndi isə onların sevimli müəllimi Leyla müəllimin təbriklərini eşidək. Görək o, öz şagirdlərinə nə arzuladı?
Leyla İsayeva - ibtidai sinif müəllimi: “Uşaqların hər birinə uğurlar arzu edirəm. Uğurları bol olsun, yolları açıq olsun. Ancaq mən onlar üçün çox darıxacam, çünki biz bir ailə kimi bir-birimizə öyrəşmişik. Mən onların məktəbdə olan anaları, onlar da mənim övladlarımdır. Hamsını çox sevirəm və güman edirəm ki, hər şey yaxşı olacaq”.
Bəli, bu gün balacaların məzuniyyətinə, sevinclərinə, həyəcanlarına şərik olduq. İndi isə istəyirəm 11-ci sinif məzunlarımızın yanına gedək. Görək onların “Son zəng” hazırlıqları necə gedir.
Məzun olmaq uşaqlığın bitdiyinin xəbərçisi, yeni həyata başlamağın ilk günü sayılır. Məzun olmaq yeni ümidlərin, qayğıların təməlidir. Biz də bütün məzunları təbrik edir, onlara həyatlarının yeni mərhələsində uğurlar arzulayırıq.
Lalə Sadıqova
- Baxış: 236