• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2097
— 13.06.2023 12:22

İsveç səfiri Gəncədə Vətən müharibəsi zamanı raket hücumuna məruz qalmış ərazidə olub

KepezTV Player

Gəncədə səfərdə olan İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzson Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulmuş ərazilərə baş çəkib. Diplomat Ermənistanın günahsız mülki insanlara qarşı raket hücumları ilə törətdiyi cinayət yerini ziyarət edib, həlak olan şəhər sakinlərinin xatirəsini anıb. İsveç səfiri burada şəhidlərin əziz xatirəsinə ucaldılmış abidə və xatirə lövhələri önünə tər qərənfillər düzüb, ehtiramını bildirib. Tobias Lorentzsona Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş bu cinayətlə bağlı məlumatlar verilib.