• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 747
— 09.06.2023 12:10

Rusiya sülhməramlıları ermənilərin hərbi daşımalarını müşayiət edir

KepezTV Player

Qeyri-qanuni erməni silahlı dəstələri gizli yollarla Ermənistandan Qarabağa silah daşımağa davam edir. Və bu, Rusiya sülhməramlı kontingentinin mühafizəsi altında aparılır. Trend xəbər verir ki, təqdim edilən videogörüntüdə Xankəndi-Kərkicahan-Xəlifəli yolu ilə ermənilərin 4 ədəd yük KamAZ-ı, 1 ədəd çən olan KamAZ-ı və 1 ədəd UAZ-ın hərəkəti aydın görünür. Hərbi kolonla ermənilərin döyüş mövqelərinə təminat daşınması icra edilir.