Samux rayonunda Vətən müharibəsi iştirakçılarına müharibə veteranı vəsiqəsi təqdim edilib. Heydər Əliyev Mərkəzində keçirlən tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, Müdafiə Nazirliyinin rəsmiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinin rəisi Şahin Məhərrəmov, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları iştirak ediblər. Vətən müharibəsində qazanılan qələbənin əhəmiyyəti, Ali Baş Komandan İlham Əliyev tərəfindən müharibə iştirakçılarına, əlillərə və şəhid ailələrinin üzvlərinə göstərilən diqqət və qayğıdan bəhs edilib, təqdim olunan medalların həmin diqqət və qayğının təzahürü olduğu bildirilib. Samuxda şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılır, onların sosial təminatı və yaşayış imkanlarının yaxşılaşdırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Çıxışlardan sonra səbəbkarlara Müharibə veteranı vəsiqələri təqdim olunub.
Aydın Şıxəliyev- ehtiyatda olan zabit: “Bu gün biz veteran vəsiqəsini alırıq. Sevincliyəm, həqiqətən də veteranlığımız təsdiq olunub, gəldi. Ehtiyatda olmağımıza baxmayaraq, yenə də döyüşməyə hazıram. Əgər dövlətimiz hansısa bir təhqirə məruz qalsa, Azərbaycan zabiti kimi yenidən əlimə silah alıb Vətənimin müdafiəsinə qalxmağa hazıram”.
Müharib Qurbanov- Vətən müharibəsi iştirakçısı: “Könüllü əsgər kimi həmişə hazıram. Yenə də müharibə olsa, əgər dövlət bizə ehtiyac duysa, yenə canla-başla qulluq etməyə hazıram.
- Baxış: 348