• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 849
— 05.06.2023 20:05

MDB-nin gömrük xidmətlərinin kinoloji bölmələrinin yarışı başlayıb

KepezTV Player

Müstəqil Dövlətlər Birliyi İştirakçı Dövlətlərinin Gömrük Xidmətlərinin kinoloji bölmələrinin çoxnövçülükdə birincilik üzrə 11-ci yarışı start götürüb. Yarışda Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Rusiya və Özbəkistan gömrük xidmətlərinin kinoloji bölmələri iştirak edir. Tədbirin açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov müsabiqəni gömrük orqanları kinoloqları üçün əlamətdar hadisə adlandırıb və bu kimi yarışların partlayıcı, narkotik vasitə, silah, qadağan olunan malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısının alınması və qaçaqmalçılıqla mübarizədə böyük əhəmiyyətə malik olduğunu deyib. Birincilik 5 axtarış mərhələsindən-narkotik vasitələrin əl yüklərində, minik avtomobillərində, yük avtomobillərində, ümumi otaq şəraitində axtarışı və ümumi itaətetmə mərhələsindən ibarətdir. Yarış iyunun 8-dək davam edəcək.