• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1205
— 31.05.2023 20:25

Güləş millilərimiz Avropa çempionatına hazırlaşır

KepezTV Player

Yeniyetmələrdən ibarət milli komandalarımız Göygöldə təlim-məşq toplanışındadır. Yığmalarımız qarşıdan gələn yarışlara hazırlaşırlar.

Yerli Olimpiya İdman Kompleksində təşkil edilən toplaşında U-15 və U-17 milliləri birgə məşq keçirlər. Mayın 22-dən başlayan hazırlıq iyunun 3-dək davam edəcək. Fiziki çalışmalarını Bakıda keçən komanda Göygöldə əsasən taktiki-texniki məşqlər üzərində işləyirlər. 50-dən çox yunan-Roma güləşçisinin iştirak etdiyi Göygöl toplanışı Avropa çempionatına hazırlıq xarakterlidir.

Millinin üzvlərindən bəziləri Göygölə toplanışa ilk dəfədir gəlir. Hazırlığın yaxşı keçdiyini deyən yeniyetmə klassiklər qitə yarışında yüksək nəticələr əldə etməyi hədəfləyiblər.

U-17 millisi iyunun 12-dən 18-dək Albaniyanın paytaxtı Tiranada keçiriləcək Avropa çempionatında iştirak edəcək. U-15 yığmamız isə iyul ayındakı qitə yarışında qüvvəsini sınayacaq.

Orxan Cəfərzadə