Gəncədə Gülüstan qəsəbəsi yeni salınan yaşayış massivində qazlaşdırma işlərinə başlanılıb. "Azəriqaz" tərəfindən 100-ə yaxın ailənin mavi yanacaqla təmin edilməsi üçün müxtəlif diametrli 650 m polad boru çəkilib, qaztənzimləyici şkaf quraşdırılıb. Xətlərin çəkilişi 10 günə yekunlaşacaq, sonra isə ev birləşmələri və sayğacların qoyulmasına başlanılacaq. Bununla da şəhərdə qazdan istifadə edən abonentlərin sayı 86 min 600-ə çatacaq. Gün ərzində isə abonentlərə 195 min kubmetr mavi yanacaq verilir.
Vüqar Məmmədov- sakin: “Meşədən odun gətirmək, odun yığmaq, söküntüdən taxtalar yığıb gətirmək bizim üçün çox çətin idi. Təşəkkür edirik ki, artıq bu ərazi qazla təmin olunur. Çox yüksək səviyyədə qazlaşdırma işləri aparılır”.
Vəli Ağayev- sakin: “Çox çətinliklər çəkirdik. Meşədən odun gətirib, qaz balonlarından istifadə etməklə əziyyət çəkdik. Bizim küçələr qazla təmin olunur. Allah canlarını sağ eləsin”.
Mahir Əliyev- Təmir-tikiniti sahəsi üzrə usta: “İşlər öz qaydasında gedir. Bizə lazım olan təminatlar vaxtlı-vaxtında verilir. İşlərimiz ləngimir. Xətlərimizin hamısı layihə əsasında gedir. Bundan əvvəl Gəncədə təzə massiv olan, böyük bir məhəllə olan 3 minə yaxın əhalinin yaşadığı Niyazi məhəlləsi tam qazlaşdırılıb. Sakinlər tam olaraq təbii qazdan istifadə edirlər”.
- Baxış: 356