• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 686
— 28.05.2023 23:20

Kütləvi qaçış yarışı olub

KepezTV Player

Gəncədə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən kütləvi qaçış yarışı olub. Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi baş tutan yarışda Bakı, Gəncə, Zaqatala, Sumqayıt, Ağstafa və Neftçaladan ümumilikdə 200 nəfərə yaxın iştirakçı mübarizə aparıb. Tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov bu cür tədbirlərin ölkəmizdə atletika idman növünün kütləviliyinin təmin olunmasında mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Gənclər və İdman Nazirliynin sektor müdiri Sevda Mirzəyeva eləcə də millət vəkilləri və digər qonaqlar da dövlətin idmana, idmançılara göstərilən qayğıdan danışıblar. Qaçış yarışı iki məsafədə keçirilib. Bunlardan 6 km məsafəyə Gəncə idmançıları, 11 km isə Bakı və digər regionlardan gələnlər qaşıb. Heydər Əliyev parkının girişindəki Zəfər tağının önündən start verilən yürüşdə kişilərdə Toğrul Məmmədli, qadınlarda isə Anna Yusubova ümumi yarışda qalib adını qazanıb. Həmçinin region iştirakçılarından Səməd Əhmədov və Fidan Yusifova baş mükafata sahib çıxıblar. Qaliblər medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.