• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1303
— 21.05.2023 20:58

Abituriyentlər tələbə olmaq üçün imtahan veriblər

KepezTV Player
Onu da bildirək ki, imtahanda istifadə olunan test tapşırıqlarının düzgün cavabları açıqlanıb. Dövlət İmtahan Mərkəzinin saytında qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim edilib. 
 
Bu gün II ixtisas qrupu, o cümlədən III ixtisas qrupu üzrə coğrafiya fənnindən ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. Dövlət İmtahan Mərkəzinin 17 şəhər və rayonda təşkil etdiyi imtahan Gəncədə 8 binada baş tutub. Tələbə adı uğrunda 1991 abituriyent qeydiyyatdan keçib. İmtahanların idarə olunması üçün 8 ümumi rəhbər, 21 imtahan rəhbəri və 180 nəzarətçi prosesə cəlb edilib. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Mayın 22-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq. İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.