• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2270
— 19.05.2023 20:31

Abituriyentlərin imtahanlara psixoloji hazırlığı

KepezTV Player

Abituriyentlərin həyəcanla gözlədikləri qəbul imtahanları yaxınlaşır. Elə sabah 3-cü qruplar üçün ilk sınaq olacaq. Abituriyentlər onsuz da həyəcanlıdır. Bir tərəfdən də psixoloji təzyiq onları daha çox stressə salır. Bəs belə durumlarla mübarizəni necə aparmaq lazımdır və valideynlərin üzərinə hansı iş düşür? Növbəti süjetdə bu mövzuda danışırıq.

Elnurə Hacıyeva- abituriyent: “Çox gücləndirilmiş rejimdə imtahana çalışırıq. Demək olar ki, gündə 10-12 saat hazırlıqlarda oluruq. Təbii ki, həyacan var. Amma oxşar suallarla da tanışıq. Buna görə də istər-istəməz hazırıq. İnşallah hər şey yaxşı olar, hər kəsə uğurlar arzu edirəm”.

Əbdürəhman Ələkbərov- abituriyent: “Çox az bir zaman qalıb. Ona görə biz bacardığımız qədər səylə çalışırıq. Sınıqlarda da 500-ün üstə nəticələr yığırıq. Və çalışıram ki, bu nəticəni buraxılış imtahanında da göstərim. İstər-istəməz həyəcan var, bəli”.

İmtahanqabağı stress, depressiya, yorğunluq bir çoxlarının üzləşdiyi əsas problemlərdəndir. Bu kimi hallar abituriyentlərin imtahanda göstərdiyi nəticələrə mənfi təsir edir. Bu stressi yaradan isə bəzən elə valideylərin özləri olur. Övladlarının qarşısına toplayacaqları bal, qəbul olacaqları ixtisasa dair tələblər qoyurlar. Bu isə abituriyentin uğursuz olmasına gətirib çıxara bilir.

Abituriyentlərin imtahana bilik cəhətdən hazırlığı ilə bərabər, psixoloji hazırlığı da önəmlidir. Statistik hesablamalara görə, abituriyentlərin 96 faizi stress altında olur və bu da imtahanda istənilən uğurun əldə edilməməsinə səbəb yaradır.

Taciyə Mehdisoy- psixoloq: “Nəzərə alsaq ki, onlar hər zaman bizim üçün əziz, doğma, eyni zamanda əvəzolunmazdır. Sabahkı imtahanda da uşaqlarımıza bunu xatırladıb, nəticələrinin necə olmasından asılı olmayaraq, həmişə mənim tərəfimdən qəbulolunan övlad olduğunu göstərmək çox vacibdir. İmtahan uşaqlar üçün çox ağır, eyni zamanda həyati əhəmiyyət kəsb edən bir anlam kimi təqdim edilməməlidir. Abituriyentlərin özləri üçün rahat olacaq bir yerdə istirahət etmələri, çox fərqli olmayan qidalardan istifadə etmələri, onlara uyğun olmayan saatda yuxu yatmamalarını tapşırardıq. Adət etdikləri saatda yatmaları, faydalı qidalardan istifadə etmələri vacibdir”.

Psixoloqlar şagirdlərə imtahanın necə keçməsindən asılı olmayaraq, ruhdan düşməməyi və əzmlə çalışmağı tövsiyə edirlər.

Aişə Rzayeva